Filip Ozobiçin Turan Tovuz da qazanacağı illik maaş bəlli olub
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Filip Ozobiçin "Turan Tovuz"la müqaviləsinin detalları müəyyənləşib.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Tovuz klubunun ən yüksək ödənişli oyunçularından olacaq.
Belə ki, 34 yaşlı pleymeykerin Premyer Liqa təmsilçisində illik məvacibi 200 min manat təşkil edəcək.
Ötən mövsümün sonunda "Neftçi"dən ayrılaraq azad agent statusu alan Ozobiçə ilk təklif məhz "Turan Tovuz"dan gəlmişdi. Lakin futbolçu digər variantları da nəzərdən keçirməyi düşünürdü.
Onun adı "Sumqayıt"la birgə hallansa da, "kimyaçılar" bu məbləği ödəmək iqtidarında olmayıblar. Bu səbəbdən Ozobiç ən yüksək məbləğ təklif edən "Turan Tovuz"la münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 İyul 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















