Filipp Kirkorov axtarışa verilib
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyalı müğənni Filipp Kirkorov axtarışa verilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Kirkorov “Rolls-Royce” markalı avtomobilində ödənilməmiş 30-dan çox cəriməyə görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.
SHOT-un məlumatına görə, rusiyalı pop kralı bahalı avtomobili ilə ötən ilin dekabrından bəri 31 dəfə yol hərəkəti qaydasını pozduğu bildirilib.




Filipp Kirkorov axtarışa verilib
15 Noyabr 2024 11:52

