Filippin Çinə təklif irəli sürdü
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Filippin Prezidenti Ferdinand Markos Çinə təklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, Filippin Pekinə mübahisəli Cənubi Çin dənizində aqressiv davranışını dayandırması müqabilində ABŞ istehsalı olan orta mənzilli "Typhon" raket sistemini ölkəsindən çıxarmağı təklif edib. Çini mübahisəli Cənubi Çin dənizindəki aqressiv mövqeyindən əl çəkməyə çağıran Markos, Çini danışıqlara səsləyib. O, Çini Filippin torpaqlarına iddia etməyi dayandırmağı çağırıb.
Qeyd edək ki, “Associated Press”ə danışan yüksək səviyyəli Filippin rəsmisi, orta mənzilli idarə olunan “Tomahawk” qanadlı raketləri və SM-6 zenit raketlərini vura bilən silah sisteminin şimaldan paytaxt Manilanın yaxınlığındakı strateji bölgəyə yerləşdirildiyini ifadə edib. Filippin rəsmisi bildirib ki, ABŞ raket sistemi indi Cənubi Çin dənizində gərginliyin artdığı bölgəyə daha yaxındır.
Baxış sayı:100
Bu xəbər 30 Yanvar 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















