Filippin və Yeni Zelandiya sahillərində güclü zəlzələlər olub
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Filippin və Yeni Zelandiyanın sahillərində güclü zəlzələlər qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, 5,7 maqnitudalı zəlzələ Filippinin Luson adasında qeydə alınıb. Yeraltı təkanların episentri 320 min nəfərin yaşadığı Kabanatuan şəhərindən 20 km cənub-qərbdə olub. Təbiət hadisəsinin ocağı 182 km dərinlikdə yerləşib.
Cəmi beş dəqiqə sonra 5,8 maqnitudalı zəlzələ Yeni Zelandiyanın Hiks-Bey (əhali: 1,3 min) şəhərindən 123 km şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 19 km dərinlikdə olub.
Hər iki halda zərərçəkmişlər və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.
Bu mövzuda digər xəbərlər:Filippin və Yeni Zelandiya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib
28 Noyabr 2024 05:44
Filippin sahillərində GÜCLÜ ZƏLZƏLƏ
20 Yanvar 2025 16:55
Filippin sahillərində güclü zəlzələ oldu
20 Oktyabr 2025 17:08
Filippin sahillərində güclü zəlzələ baş verib
30 Sentyabr 2025 19:43
Filippin sahillərində zəlzələ oldu
27 Dekabr 2024 23:50
Baxış sayı:128
Bu xəbər 28 Noyabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















