Filippində baş verən zəlzələdə ölənlərin SAYI ARTIR
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Filippinin cənubunda yerləşən Mindanao adasında baş vermiş 7.8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 65-dən 68-ə yüksəlib.
Moderator.az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıb.
Qeyd edilib ki, daha 33 nəfər isə itkin düşmüş hesab olunur.
Təbii fəlakətin fəsadları təxminən 1.4 milyon insana təsir göstərib, onlardan 18.5 min nəfəri təxliyə mərkəzlərinə yerləşdirilib.
Qeyd edək ki, yeraltı təkanlar iyunun 8-i səhər saatlarında Mindanao adasının cənub sahillərində qeydə alınıb. Yerli hakimiyyət orqanları 2 500 evin zədələndiyini, onlardan 460-nın isə tamamilə dağıldığını bildiriblər. Təbii fəlakət ən çox adanın cənubundakı Qərbi Davao və Saranqani əyalətlərinə, həmçinin Xeneral-Santos şəhərinə ziyan vurub. Sözügedən regionda 735 mindən çox sakin zəlzələnin fəsadları ilə üzləşib.
Baxış sayı:110
Bu xəbər 16 İyun 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















