Filippində yanacağın bahalaşmasına qarşı etiraz tətili başlayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 mart, AZƏRTAC
Filippində nəqliyyat qrupları neft qiymətlərinin kəskin şəkildə artmasına etiraz olaraq ümumölkə üzrə nəqliyyat tətili keçiriblər.
AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, tətil Metro Manila boyunca 15-20 etiraz mərkəzini əhatə edib və oxşar aksiyalar bir neçə böyük əyalətdə də təşkil olunub.
Etirazçıların tələbləri arasında neft qiymətlərinin dərhal aşağı salınması, neft məhsullarına aksiz və əlavə dəyər vergilərinin ləğvi, təsirlənmiş sektorlara subsidiyaların genişləndirilməsi, işçilər üçün yaşayış minimumunun tətbiqi yer alır.
Tətil ərəfəsində Filippin Milli Polisi Metro Manila ərazisində yüksək hazırlıq vəziyyətinə gətirilib, ictimai təhlükəsizliyin təmin olunması və nəqliyyatın tənzimlənməsi məqsədilə təxminən 10 min əməkdaş səfərbər edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Mart 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















