Filippindəki güclü zəlzələ infrastruktura 23,9 milyon dollar ziyan vurub
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyunun əvvəlində Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ ölkə infrastrukturuna 23,9 milyon dollar ziyan vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippinin Fəlakətlərin Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində əsasən məktəblər və dövlət binaları olmaqla 1065 tikili zərər görüb, ölənlərin sayı 81 nəfərə çatıb, 31 nəfər itkin düşüb. Fəlakət 15 əyalətdə 1,6 milyondan çox sakinə təsir edib, 84 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Eyni zamanda, 75 mindən çox evə ziyan dəyib, 17 min 600 bina tamamilə dağılıb.
Hökumət zəlzələdən zərər çəkmiş ailələrə artıq 11,6 milyon dollar yardım göstərib.
Xatırladaq ki, iyunun 8-də səhər saatlarında Mindanao adasının cənub sahillərində 7,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Maasim bələdiyyəsindən 32 kilometr qərbdə, ocağı isə 33 kilometr dərinlikdə yerləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 29 İyun 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















