Filiz Kılıç: Füzulidə ermənilərin dağıtdıqları binaları görüb kədərlənirəm VİDEO AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Füzuli, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mən sol tərəfdə köhnə Füzulini görüb kədərlənirəm. Ermənilərin etdiyi zülmü, öldürdüyü insanları, dağıtdıqları binaları görüb məyus oluram. Sağ tərəfdə isə yenidən inşa edilən Füzuli şəhərini görürəm. Sağ tərəfə baxıb qürur duyur, sol tərəfə baxıb isə kədər hissi keçirirəm.
Bu sözləri Füzulidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyası qrupunun sədr müavini Filiz Kılıç deyib.
"Mən ötən il də işğaldan azad torpaqlara - Şuşaya və Xankəndiyə gəlmişdim. Seçkiləri müşahidə etdik. Şuşada insanlarla görüşdük, onların həyəcanına ortaq olduq. İnsanların səs verərkən necə sevindiklərini gördük", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















