Fillər artıq dostları deyil 2 həftədə 5 ölüm
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanda fil oğlunu məktəbə aparan 37 yaşlı qadını tapdalayaraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Print” məlumat yayıb.
Faciəli hadisə iyunun 8-də Kerala ştatının Çinkanal şəhərində baş verib.
Belə ki, Mari adlı yerli qadın oğlunu avtobus dayanacağına qədər aparmaq üçün evindən çıxıb, lakin qəfil onların yolunda vəhşi fil peyda olub. Sıx duman və güclü yağış səbəbindən fili vaxtında görməyiblər.
Təcavüzkar heyvan dərhal hücuma keçib. Qadın ölümcül xəsarətlər alıb, oğlu isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə yerli sakinlərin sərt reaksiyasına səbəb olub. Onlar səlahiyyətlilərdən bölgədə vəhşi fil hücumları problemini birdəfəlik həll etməyi tələb ediblər.
Qeyd edək ki, son iki həftədə Kerala ştatında fillərin hücumu nəticəsində 5 nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 İyun 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















