Film gerçəkləşir? Meymunlar laboratoriyadan qaçıblar Meymunlar laboratoriyadan qaçdılar
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Cənubi Karolina ştatında tədqiqat laboratoriyasından 43 meymunun qaçması böyük panikaya səbəb olub.
News24.az xəbər verir ki, baxıcı qapını açıq qoyduqdan sonra tibbi təcrübələr üçün istifadə edilən meymunlar qaçaraq yoxa çıxıblar.
Lowcountry şəhər rəsmiləri meymunların axtarışına başlayıb.
Səlahiyyətlilər yerli sakinləri qapı və pəncərələri möhkəm bağlamağa və meymun gördükləri təqdirdə dərhal polisə məlumat verməyə çağırıb.
Qaçan meymunların orta hesabla 3 kilo ağırlığında gənc və dişi olduğu bildirilib.
Tədqiqatçılar, meşə sahəsinə qaçdıqları düşünülən meymunların geri dönəcəyinə ümid etdiklərini də ifadə ediblər.
Qeyd edək ki, bu hadisə 1995-ci ildə çəkilmiş məşhur “12 meymun” filmini ağla gətirib. Film dünya əhalisinin əksəriyyətini öldürən virusdan qaçan və koloniyalar quraraq yerin altında yaşayan insanların hekayəsindən bəhs edir.
Məryəm İlhamqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 08 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















