Icma.az
close
up
RU
Film kimi hadisə: Bank BTB nin depozit otağından 800 min oğurladılar

Film kimi hadisə: Bank BTB nin depozit otağından 800 min oğurladılar

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"BTB Bank”da müştərilərin depozit otağındakı saxlanc yeşikləri – seyflərdən 800 min manatlıq oğlurluqda ittiham olunan iki nəfər Belarus vətəndaşı, 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviçin Bakıda məhkəmə prosesi keçirilib.

AZXEBER.COM gununsesiinfo.az-a istinadən xəbər verir ki, onlar bankdan pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər.

Banklarda müştərilər əmanət saxlamaqla yanaşı, icarə əsasında saxlanc yeşiyi götürüb, orada qızıl-zinət əşyalarını, sənədlərini və s. saxlaya bilirlər. Təqsirləndirilən şəxslər də oradakı qiymətli əşyaları oğurlamaqda ittiham olunur.

Gununsesi.info-nun xəbərinə görə, təqsirləndirilən şəxslərdən Sergey hadisədən bir müddət əvvəl Bakıya gəlib, oteldə qalıb. Gedib bankda seyf icarəyə götürüb.

O, bildirib ki, bu oğurluğu sifarişlə icra edib.

Bunu həyata keçirmək üçün ona xüsusi alətlər də veriblər. Əvvəllər Minskdə azərbaycanlılarla restoran biznesi ilə məşğul olduğunu deyən Sergey Qrinkeviçin sözlərinə görə, ona bu oğurluğu German adlı şəxs sifariş verib.

Bakıya öz hesabına gəlsə də, sonrakı xərclərini də o ödəyib. Cinayətin hansı bankda törədiləcəyini, onun harada yerləşdiyini və s. məsələləri də Bakıda olarkən öyrənib: "Heç açdığım seyflərin də kimə məxsus olduğunu bilmirdim, təsadüfən açırdım. Həmin seyfləri açan alətlər vermişdilər. İcarəyə seyf götürmüşdüm deyə, rahat girə bilirdim o yerə. Bir də gördüyüm işlərin videosunu çəkmək tapşırılmışdı”.

Sergey Qrinkeviç vurduqları ziyanın məbləğinin ittihamda göstərilən qədər çox olmadığını da qeyd edib. Bu cinayət işində 5 nəfər zərərçəkmiş var: Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli. Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Onlar şikayətçi olmayıb.

Zərərçəkmişlər arasında maddi baxımdan ən çox ziyan görən Zibeydə Qurbanovadır. O göstərib ki, bankdakı seyfdə 55 min dollar pul və 156 ədəd qızıl-zinət əşyası olub. Həmin əşyalar özünə və övladlarına məxsus olub.

Zərərçəkmişin sözlərinə görə, ona ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

Qeyd edək ki, "Bank BTB”nin səhmləri Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri