Final çox gərgin keçəcək Messi
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçu qələbəyə layiq olduqlarını deyib:
"Ardıcıl iki dünya çempionatında final oynamaq dəlilikdir. Bu komanda sadəcə inanılmazdır. Hesabda geri düşəndə belə, inanmağı dayandırmadıq, təzyiqi davam etdirdik və nəticədə bu qələbəyə layiq olduq. Bu komanda bir araya gələndə, həmişə özündə daha artığını tapır. Oyunçular bir-birini ruhlandırır və ehtiyat qüvvələri sanki artıq tükəndiyi yerdən tapıb çıxarırlar".
Messi İspaniya ilə keçiriləcək final matçı barədə də danışıb. Ulduz futbolçu oyunun gərgin keçəcəyini deyib:
"İspaniya möhtəşəm futbolçuları və aydın oyun fəlsəfəsi olan bir yığmadır. Bu komandanı və onun bir çox oyunçusunu yaxşı tanıyıram. Düşünürəm ki, final çox gərgin keçəcək. Yenidən hazırkı çempion statusu ilə dünya çempionatının finalındayıq. Ardıcıl iki finala çıxmaq çox az adama nəsib olur. Bu, uğurlarımızın təsadüfi olmadığını sübut edir".
Qeyd edək ki, İspaniya ilə Argentina arasındakı final görüşü iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 İyul 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















