Final görüşünün nominal meydan sahibi müəyyənləşdi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib.
“Qafqazinfo” Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı bu gün püşk atılıb.
Tədbirdə PFL-in, “Qarabağ” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub.
Püşkə əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə PFL arasında geniştərkibli görüş keçirilib. İclasda qurumun Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslar barədə müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 25 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















