Icma.az
close
up
RU
Final oyunları 3 saat daha tez başlayacaq YENİ QƏRAR

Final oyunları 3 saat daha tez başlayacaq YENİ QƏRAR

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bundan sonra Çempionlar Liqasının final oyunları 3 saat daha tez başlayacaq.

İdman.biz xəbər verir ki, UEFA 2025/26-cı illər mövsümündən etibarən turnirin həlledici matçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacağını açıqlayıb.

UEFA-nın bəyanatında deyilir: "Bu qərar azarkeşlər, komandalar və ev sahibliyi edən şəhərlər üçün oyun gününün ümumi təəssüratını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu, logistika və əməliyyatların optimallaşdırılması hesabına həyata keçiriləcək və bir sıra nəzərəçarpacaq üstünlüklər təmin edəcək. Məqsədimiz bu möhtəşəm hadisədə iştirak etmək istəyən hər kəs üçün oyun gününü həqiqətən də zövqlü etmək və ailələrin, uşaqların mövsümün ən böyük və əhəmiyyətli klub oyununa asanlıqla gəlmələrinə şərait yaratmaqdır.

Başqa şəhərlərdən gəlmiş azarkeşlər üçün bu dəyişiklik ictimai nəqliyyata - xüsusilə də oyundan sonra - daha rahat çıxış və stadiondan təhlükəsiz və rahat şəkildə qayıdış imkanı verəcək. Təşkilatçı şəhərlər üçünsə bu, tədbirin müsbət iqtisadi təsirini artıracaq, çünki azarkeşlər bayram əhvalını davam etdirə biləcəklər.

Yeni yayım vaxtı həmçinin daha əlçatan yayım cədvəlinin formalaşmasına töhfə verəcək, bu isə final oyununu bütün dünyada daha geniş televiziya və rəqəmsal auditoriyaya çatdırmağa kömək edəcək – xüsusilə gənc tamaşaçıların cəlb olunmasına xüsusi diqqət yetirilir".

Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalı mayın 30-da macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"da keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri