Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərə Çempionşipinin pley-off finalı ərəfəsində “Sauthempton” klubu casusluğa görə ittiham olunub.
QOL.az xəbər verir ki, İngiltərə Futbol Liqasının açıqlamasına əsasən, finalda “Hall Siti” ilə “Sauthempton” üz-üzə gələcək. Lakin yarımfinalda “Sauthempton”a məğlub olan “Midlsbro” rəqibini casusluqda ittiham edib.
Məlumata görə, komandalar arasında keçirilən ilk oyundan əvvəl “Midlsbro”nun məşq bazasında gizli şəkildə çəkiliş aparan şəxs saxlanılıb. Bildirilir ki, həmin şəxs məşqi izləyərək videoya çəkib.
Qeyd edək ki, məsələ ilə bağlı müstəqil komissiyanın iclası ən gec mayın 19-da keçiriləcək. Dəqiq tarix hələ müəyyənləşməyib. Liqa prosesə birbaşa müdaxilə edə bilmədiyi üçün finalın taleyi intizam işinin nəticəsindən asılı olacaq.
Bildirilir ki, hazırda pley-off finalının mayın 23-də keçirilməsi planlaşdırılır. Bununla yanaşı, qurum azarkeşlərə matçın tarixində dəyişiklik ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 May 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















