Finalda penaltini vura bilmədi Forma satışı 350 faiz artdı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Arsenal”ın müdafiəçisi Qabriel Maqalyansın formalarının satışı UEFA Çempionlar Liqasının finalından sonra əhəmiyyətli dərəcədə artıb.
QOL.az "The Athletic" nəşrinə istinadən yaydığı məlumata görə, londonluların "Arsenal" fan-şoplarında braziliyalı futbolçunun formalarının satışı ötən həftəsonu 350 faiz yüksəlib.
Buna səbəb Qabrielin Çempionlar Liqasının finalında PSJ-yə qarşı keçirilən oyunun penaltilər seriyasında son zərbəni dəqiq yerinə yetirə bilməməsi olub. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada Paris təmsilçisi penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib.
Mənbənin yazdığına görə, müəyyən müddətdə Qabrielin formalarının satışı “Arsenal”ın digər bütün futbolçularının formalarının satışını iki dəfədən çox üstələyib. Nəticədə braziliyalının formaları ötən həftəsonu klub mağazalarında ən çox satılan məhsul olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 İyun 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















