Finalda uduzan güləşçi: Dünya çempionu olmaq istəyirdim
Icma.az, Sia Az saytına istinadən bildirir.
Bura qızıl medal üçün gəlmişdim, çempion olmaq istəyirdim. Lakin müəyyən səhvlərə görə çempionluq əldən getdi və ikinci yerlə kifayətlənməli oldum. İnşallah, gələn il keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşıb birinci yeri tutmaq istəyirəm.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman İbrahimov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Məğlubiyyətinin səbəblərindən və qarşılaşmanın gedişindən danışan idmançı bildirib ki, görüşə başlayanda kifayət qədər aktiv olmayıb: “Əsas səhvim bu oldu. Görüşün əvvəlində daha fəal olub rəqibi parter vəziyyətinə salsaydım, bəlkə də qarşılaşmanı öz xeyrimə bitirə bilərdim. Müəyyən səhvlər buna mane oldu. Rəqiblə mübarizə zamanı heç bir həyəcan hiss etmirdim, amma yarışın öz ölkəmizdə keçirilməsi, azarkeş dəstəyi məsuliyyəti bir qədər artırırdı. Bəlkə bu da öz təsirini göstərdi".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 İyul 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















