Icma.az
close
up
RU
FINCA Azərbaycanın İcraçı Direktoru 12 illik CEO fəaliyyətini başa çatdıracaq

FINCA Azərbaycanın İcraçı Direktoru 12 illik CEO fəaliyyətini başa çatdıracaq

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanın çevik və aparıcı qeyri-bank kredit təşkilatlarından olan “FINCA Azərbaycan” BOKT uzun müddətdir ki, ölkədə sahibkarlığın, xüsusən də kiçik və orta biznesin inkişafına dəstək göstərir. Kənd təsərrüfatı və kiçik biznes kreditləri üzrə ixtisaslaşmış “FINCA Azərbaycan” 26 filialı vasitəsi ilə sahibkarlara maliyyə resursları təqdim etməklə onların fəaliyyətinin, eləcə də bizneslərinin genişlənməsinə şərait yaradır. Son illər əzrində rəqəmsal xidmətlərin genişləndirilməsi nəticəsində sahibkarların kredit üçün müraciəti daha da sadələşdirilib, biznes sahiblərinin kredit vəsaitlərinə əlçatanlığı daha da asanlaşıb. Təbii ki, bütün bunlar bu sahədə peşəkar rəhbərliyin, komandanın olması və onların çevikliyi sayəsində ərsəyə gəlir.

2025-ci ilin sonuna yaxın, bu uğurların arxasında duran əsas şəxslərdən biri olan təşkilatın icraçı direktoru Timoti Tarrant, 12 illik fəaliyyətindən sonra FINCA Azərbaycandakı missiyasını başa çatdıracaq. Məlumat üçün qeyd edək ki, T.Tarrant peşəkar karyerasına 2001-ci ildən başlayıb, 2013-cü ildən isə “FINCA Azerbaijan” MM Qeyri-bank Kredit Təşkilatının direktoru vəzifəsini icra edib. Bu müddətə qədər o, “FINCA”nın 3 fərqli ölkə üzrə ölkə direktoru, həmçinin sözügedən maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və audit komitəsinin üzvü olub.

T.Tarrant Azərbaycanda fəaliyyəti dövründə bir çox yeniliklərin həyata keçirilməsi prosesinə yaxından rəhbərlik edib. O, qlobal iqtisadi böhran zamanı peşəkar komandanın dəstəyi ilə şirkətdə çətin restrukturizasiya prosesinə rəhbərlik edərək 2019-cu ildə biznesin yenidən uğurla davam etməsinə nail olub, “FINCA Azərbaycan”ı aparıcı və inkişaf edən mikromaliyyə qurumu kimi mövqeyinə qaytarıb. Bundan başqa, T.Tarrant satış və geri yığımlar üzrə ilk uğurlu çağrı mərkəzlərinin yaradılmasına və tətbiqinə də rəhbərlik edib. Bu gün həmin model bütün qlobal FINCA şəbəkələri tərəfindən qəbul edilmiş ən yaxşı təcrübə standartına çevrilib

Qeyd edək ki, cari ilin sonunadək T.Tarrantın yerinə yeni direktorun təyinatı gözlənilir.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət göstərir. Hazırda “FINCA Azərbaycan” dövlət tənzimləyici orqanları və Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla bir çox maraqlı tərəflərlə güclü və məhsuldar əməkdaşlıq münasibətlərinə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri