Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Finlandiya da hərbi xərcləri artırır?

Finlandiya da hərbi xərcləri artırır?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Finlandiya Prezidenti Alexander Stubb Rusiyanı “uzunmüddətli təhlükə” hesab edir. Lazım gələrsə, bir həftə ərzində 280 min nəfəri orduya səfərbər edəcəyini bildirir. Ölkə parlamenti müdafiə xərclərinin ÜDM-in 3 faizə qədər artırılmasını istisna etmir. NATO-ya üzvlüklə bağlı xərclərin dəqiq hesabını vermək mümkün olmadığından büdcənin milyardlarla avroya bərabər olacağı proqnozlaşdırılır. Bu xərclərə NATO-nun ümumi büdcəsinə ödəmə də daxildir.

Finlandiya, Latviya və Estoniya liderləri Britaniyanın “The Independent” nəşri ilə söhbətində etiraf ediblər ki, onların ölkələri ABŞ-nin iştirakı olmadan Rusiya ilə mümkün silahlı münaqişə aparmaq iqtidarında deyil. Qəzet yazır ki, “NATO ABŞ olmadan Rusiyaya qarşı döyüşməyə hazır deyil” deyən üç müttəfiq ölkə liderləri müttəfiqləri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıblar”. Materialda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Şimali Atlantika Alyansı üzvlərindən müdafiə xərclərini ÜDM-in 5 faizə çatdırmağı tələb etdiyi xatırladılıb.

2023-cü ildə NATO-ya daxil olan Finlandiya milli müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. 2022-ci ildən bəri hərbi xərclər, təxminən, 6,5 milyard avroya çatıb. Cənab Stubb xərclərin yüksək olmasını 64 ədəd F-35 qırıcı təyyarəsinin alınması ilə əlaqələndirib.

Finlandiya Prezidenti müsahibədə “Rusiya təhlükəsi” ilə əlaqədar istənilən vaxt Müdafiə Qüvvələrinin sayını artırmağa hazır olduğunu da açıqlayıb: “Finlandiya bir həftə ərzində 280 minə qədər hərbçini səfərbər etmək iqtidarındadır. Onların hamısı dişlərinə qədər silahlanacaqlar. Lazım gələrsə, biz bunu edəcəyik”. Mütəxəssislər bildirirlər ki, Finlandiya ordusu Avropanın ən böyük ordularından biri hesab olunur. Sülh dövründə ölkənin Müdafiə Qüvvələrində, təxminən, 35 min nəfər xidmət edir, onlardan 22 mini çağırışçı, qalanları isə müqaviləli əsgərlərdir.

Parlamentin müdafiə komitəsinin sədri Jukka Kopra müdafiə xərclərinin ÜDM-in 3 faizinə qədər artacağını proqnozlaşdırır. Bu, onun fikrincə, həm NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi, həm də Ukraynaya dəstək ilə bağlıdır. Müxalifətdəki Sosial Demokrat Partiyasının lideri Antti Lindtman bu qərarla razıdır. Onun sözlərinə görə, hazırkı təhlükəsizlik şəraitində Helsinki öz müdafiəsinə daha çox sərmayə qoymalıdır. Bu fonda Finlandiyanın Baş naziri Petteri Orpo müdafiə xərclərinin artırılması ilə bağlı kabinet üzvləri və parlamentarilərlə müzakirələrə başlamağa hazır olduğunu bildirib.

Cənab Stubbın fikrincə, ölkənin hərbi resursları onun ehtiyaclarına uyğun olmalıdır. “Təhlükəsizliyimiz şəraitində heç bir şey müdafiə resurslarına ehtiyacın azalacağını göstərmir” deyən prezident bunu “Rusiya hərbi maşınını yenidən silahlandıracaq” və “Finlandiya üçün təhlükəsi uzunmüddətli olacaq” deməklə əsaslandırıb.

Təbii ki, Rusiya ilə 1340 kilometr sərhədi olan Finlandiyanın hərbiləşdirilməsi Moskvanı narahat etməyə bilməz. O, Helsinkiyə xəbərdarlıq edib ki, NATO-nun sərhədlərində hərbi mövcudluğunun artırılmasını cavabsız qoymayacaq və “Finlandiyanın, eləcə də onun NATO müttəfiqlərinin təcavüzkar qərarlarına qarşı çıxmaq üçün hərbi-texniki xarakterli lazımi tədbirləri görəcək”.

S.ELAY
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri