Finlandiya döyüş təyyarəsini itirib Yeniləri ilə əvəz etmək istəyirdilər
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Finlandiya Hava Qüvvələrinə aid “F/A-18 Hornet” tipli döyüş təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb. Pilotun təyyarədən tullanaraq xilas olduğu bildirilir.
Sfera.az NTV”yə istinadən xəbər verir ki, Silahlı Qüvvələrdən verilən açıqlamaya görə, hadisə ölkənin şimalındakı “Rovaniemi” hava limanının yaxınlığında baş verib.
Finlandiya ictimai yayımçısı “YLE”nin verdiyi məlumata görə, hadisə yerindən qara dumanın qalxdığı müşahidə edilib.
Hadisə yerinə çox sayda təcili yardım avtomobili göndərilib.
Qeyd edək ki, Finlandiyada 1992-2000-ci illər arasında alınmış 62 “Hornet” müharibə təyyarəsi var. Ölkə 2021-ci ildə bu təyyarələri “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35”lərlə dəyişdirməyə qərar vermişdi.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















