Icma.az
close
up
RU
Finlandiya modeli Rusiya Ukrayna savaşına tətbiq oluna bilər RƏY

Finlandiya modeli Rusiya Ukrayna savaşına tətbiq oluna bilər RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Turan Rzayev: "Trampın Putinə “realist olmağı” tövsiyə etməsi həm Rusiya, həm də Ukrayna üçün kompromislərin vacibliyinə işarədir"



ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ərazi tələblərinin birbaşa Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edilməli olduğunu deyib. Amerika prezidenti həmçinin Rusiya liderinə bu məsələdə “realist” olmağı tövsiyə edib. Eyni zamanda qeyd edilir ki, Trampın Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub. ABŞ və AB etiraf edir ki, Putin üçün ən çətin şey Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, Zelenski üçün isə mümkün ərazi güzəştləri məsələsi olacaq. Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib. Bildirilib ki, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı təklif  edib. Lakin Zelenski bu təklifə rədd cavabı verib. Liderlərin başqa məkanlarda görüşəcəyi ehtimalları da səsləndirilir. Lakin görüşün ümumiyyətlə baş tutmayacağını iddia edənlər də var. 


Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Trampın “ərazi məsələlərinin Zelenski ilə müzakirəsi”ni təklif etməsi problemi tərəflərin öz razılığına buraxması təəssüratı yaratsa da, belə deyil. Məsələ ondadır ki, Tramp öncə Alyaskada Putinlə, daha sonra Vaşinqtonda Zelenski və Avropa İttifaqı liderləri ilə danışıqlar apardı. O, həm tərəfləri dinlədi, həm də istisna deyil ki, avropalı liderlərə niyyətini bəlli etdi:

 "Hazırda iki əsas məsələ gündəmdədir və Tramp bunu həll etmək istəyir. Birincisi, ərazi məsələsində güzəştə gedilməsi, ikincisi, təhlükəsizlik zəmanətləridir. Trampın Putinə “realist olmağı” tövsiyə etməsi həm Rusiya, həm də Ukrayna üçün kompromislərin vacibliyinə işarədir. Bundan başqa, onun Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub. Aydındır ki, həm Putin üçün Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, həm də Zelenski üçün mümkün ərazi güzəştləri məsələsi çətindir. Çünki bu, daxili və xarici siyasət baxımından ciddi nəticələrə səbəb ola bilər. Lakin Trampın da mövqeyi aydındır: hər iki tərəfə kompromisin qaçılmazlığını xatırladır. Ümumiyyətlə, hazırda münaqişənin sabit həllə doğru yönəlməsi zəruridir. Bunun üçün isə tərəflərin öz daxili ictimaiyyətinə izah edə biləcəyi bir siyasi model lazımdır". 


Siyasi şərhçi vurğulayıb ki, son zamanlar "Finlandiya modeli" kimi tanınan Kareliya nümunəsi tez-tez gündəmə gəlir:

 "Finlandiya modeli İkinci Dünya müharibəsi zamanı Finlandiya ilə Sovet İttifaqı arasında baş verən müharibənin sonunda, xüsusilə 1940-cı ildə bağlanan sülh müqaviləsinə əsaslanır. Bu müqavilə ilə Kareliya bölgəsinin bir hissəsi Sovet İttifaqının nəzarətinə keçdi. Düzdür, bu itki Finlandiya üçün asan qəbul olunmasa da, ölkə beynəlxalq hüquqi müstəqilliyini və siyasi sabitliyini qorumağı üstün tutdu. Finlandiya həmin əraziyə faktiki nəzarəti itirsə də, dövlətin bütövlüyü və gələcəyi naminə kompromisə getdi və bu, uzunmüddətli strateji sabitlik yaratdı. Hətta Finlandiya 2023-cü ilə qədər NATO-ya üzv olmadı, amma Qərblə sıx iqtisadi və siyasi əməkdaşlıq quraraq təhlükəsizliyini daxildən möhkəmləndirdi. Tramp hazırda “realist kompromis” və təhlükəsizlik zəmanətləri əsasında dialoqa çağırışlar çıxış edir. Yəni terminoloji olaraq “Finlandiya modeli” demir, amma yanaşmaları və çağırışları bu modelə çox bənzəyir. Ümumiyyətlə, ərazi güzəşti məsələsi gündəmə gələndə daha çox Ukraynanın nə itirəcəyi müzakirə edilir. Halbuki əsas məsələ Kiyevin nəyi qoruya biləcəyi olmalıdır. Finlandiyanın Kareliya güzəştindən sonra keçdiyi yol – güclü, sabit və rifahlı bir Avropa dövləti kimi formalaşması - Ukrayna üçün bir presedent ola bilər. Bu, hər iki tərəf üçün acı, lakin işlək bir formul ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri