Finlandiya müdafiə üçün Aİ dən 1 milyard avroluq krediti götürməyi planlaşdırır
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Finlandiya hökumətinin İqtisadi Siyasət üzrə Nazirlər Komitəsi Avropa İttifaqından (Aİ) müdafiə üçün milyard avroluq kredit almaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo deyib.
"Vəsaitlər Ukrayna ilə əməkdaşlıq çərçivəsində yerüstü döyüş imkanlarını gücləndirmək və dronların alınması üçün istifadə olunacaq", - deyə o bildirib.
Hökumət başçısı qeyd edib ki, Finlandiya Avropa İttifaqının ümumi 150 milyard avroluq kredit paketində onun üçün ayrılmış maksimum 1 milyard avronu götürmək niyyətindədir.
Onun sözlərinə görə, zirehli texnika istehsalında artıq tərəfdaşlar var. "Məsələn, uyğun istehsal müəssisələrinə malik Finlandiya şirkətləri olan "Patria" və "Sisu"", - deyə baş nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 19 Noyabr 2025 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















