Finlandiya Olimpiadada xizək sprint yarışlarının nəticələrinə etiraz edib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Finlandiya komandası 2026-cı il Olimpiya Oyunlarında kişilər arasında xizək sprint yarışlarının nəticələrinə etiraz olaraq şikayət ərizəsi təqdim edib.
İdman.Biz bildirir ki, Norveçli Yohannes Klæbo klassik sprintdə birinci, amerikalı Ben Ogden ikinci, digər norveçli Oskar Opstad Vike isə üçüncü yeri tutub. Finlandiyalı xizəkçi Lauri Vuorinen dördüncü yeri tutub.
Finlandiya tərəfi norveçlilərin və amerikalıların diskvalifikasiyasını tələb edir. Onlar hesab edirlər ki, Norveç və ABŞ yarış zamanı xizək hazırlığında üstünlük əldə etməklə yarış qaydalarını pozublar.
Sprintin son qaçışları arasında Norveç xizəklərin tutma zonasını dəyişdirərək mazın sürətli tətbiq olunmasına imkan verən bir vasitə olan maz diyircəyindən istifadə edib. Beynəlxalq Xizək Federasiyası (FIS) digər komandalara məlumat vermədən onlara diyircəkdən istifadə etməyə icazə verib.
Bu arada, FIS Yarış Direktoru Maykl Lamplot NRK-ya bildirib ki, ABŞ komandasının xidmət masasında içində maye olan şüşə aşkar edilib və onun şəkli çəkilib. Həmin zonada hər hansı bir maye qadağandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 15 Fevral 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















