Finlandiya Ottava müqaviləsindən çıxır, deputatlar hə dedi Rusiyadan təhlükə var
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Finlandiya piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava müqaviləsindən çıxmağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Rusiyadan gözlənilən təhlükə göstərilib.
Finlandiyanın YLE xəbər agentliyi yazır ki, artıq ölkə parlamentində Ottava müqaviləsindən çıxmaq üçün səsvermə keçirilib: "175 millət vəkilinin iştirak etdiyi səsvermədə qərara 157 “hə” və 18 “xeyr” səsi verilib. İndi bu qərar prezident tərəfindən təsdiqlənməsini gözləyir. Təsdiqləndikdən sonra BMT və digər iştirakçı ölkələr məlumatlandırılacaq. Bununla da da ölkə 6 ay müddətinə bəlli sərhəd nöqtələrinə mina döşəmək hüququ qazanacaq".
Məlumatda iddia olunur ki, Rusiyanın ölkəyə hücumu gözlənilir: "Bu səbəbdən qərarın icrasını daha da sürətlənməsi vacib hal hal alıb...".
Xatırladaq ki, 1999-cu il martın 1-də qüvvəyə minmiş Ottava Müqaviləsini 132 ölkə ratifikasiya edib. Müqaviləni imzalayan ölkələrin heç biri mina istehsal etmir. Müqaviləyə qoşulmayan 12 ölkə - Rusiya, Çin, ABŞ, Kuba, Hindistan, Pakistan, İran, Myanma, Şimali Koreya, Cənubi Koreya, Sinqapur və Vyetnam hələ də mina istehsal edir və sərhədlərinə döşəyirlər.
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 İyun 2025 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















