Finlandiya Prezidenti: Putin böyük geosiyasi səhvi etdi
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanın Ukraynaya hücumunun birbaşa nəticəsidir.
“Ölkə.az” xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli “Ykkösaamu” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Avropanı xarici siyasət sferasında, Rusiya lideri Vladimir Putin isə daha çox təhlükəsizlik siyasəti sferasında “oyadıb”.
“Ancaq NATO-nun müdafiə xərclərinə nəzər salsaq, Avropa Putinə görə ən pisinə hazırlaşır. Lakin, eyni zamanda, diplomatik dillə danışmaqla Tramp Avropaya müdafiə xərclərini artırmaq üçün kifayət qədər yaxşı təzyiq göstərdi”, - siyasətçi bildirib.
Stubbun fikrincə, Putin Ukraynada müharibəyə başlamaqla müasir tarixdə ən böyük geosiyasi səhvə yol verib.
“Putin qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmadı. Putin Avropanı birləşdirdi, Finlandiya və İsveçin hesabına NATO-nu genişləndirdi və faktiki olaraq, NATO-nun müdafiə xərclərini 2 faizdən 5 faizə qaldırdı”, - o vurğulayıb.
Finlandiya Prezidenti hesab edir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Rusiyanın böyük dövlət kimi qəbul olunmayacağından qorxur.
Stubb qeyd edib ki, Alyaskadakı görüş Avropa liderlərinin ümid etdiyi kimi keçməyib, lakin ondan sonra vəziyyəti təhlükəsizlik təminatlarının müzakirəsinə keçirmək mümkün olub.
“ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff ilə Putin arasında təxminən iki həftə əvvəl keçirilən görüşdə geri addım atıldı, sonra Avropa ilə Tramp arasında danışıqlarda irəliyə doğru addım atıldı, Alyaskada geriyə addım atıldı, bazar ertəsi Vaşinqtonda yenidən irəliyə doğru addım atıldı və indi biz yaxın həftələrdə də bu impulsu qorumağa çalışacağıq”, - siyasətçi qeyd edib.
Baxış sayı:80
Bu xəbər 23 Avqust 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















