Finlandiya prezidentindən açıqlama: Diqqətlər Tramp Zelenski görüşünə yönəldi
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə X-də verdiyi açıqlamada bildirib ki, Avropa liderləri ABŞ prezidenti Donald Trampla Vladimir Zelenski arasında gözlənilən görüş fonunda Ukraynada sülhün təmin olunması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Sherg.az xəbər verir ki, Zelenskinin prezident Trampla bu günkü görüşü ərəfəsində "Avropa liderləri ilə faydalı müzakirə apardıq. Birgə şəkildə ədalətli və davamlı sülh sazişi üzərində çalışırıq”,- deyə Stubb yazıb.
Qeyd edək ki, Donald Tramp bazar günü Floridada Vladimir Zelenski ilə görüşəcək. ABŞ prezidenti cümə günü Kiyev rejiminin rəhbəri ilə razılaşma əldə olunması şanslarını yüksək qiymətləndirsə də, Ukraynanın nizamlanma ilə bağlı təkliflərinin onun razılığı olmadan heç bir əhəmiyyət daşımadığını vurğulayıb.
Dekabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və Donald Trampın kürəkəni Cared Kuşneri qəbul edib. Tərəflər təxminən beş saat ərzində sülh təşəbbüsünü müzakirə etsələr də, kompromis variant üzərində razılığa gələ bilməyiblər.
Sonradan Putin bildirib ki, Vaşinqton ilkin planın 27 maddəsini dörd paketə bölərək ayrı-ayrılıqda müzakirə etməyi təklif edib. Onun sözlərinə görə, Moskva bu maddələrin demək olar ki, hər birini nəzərdən keçirib və razılaşmadığı məqamlar olub.
Bundan sonra Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Bildirilir ki, danışıqların yekununda Qərb ölkələri NATO nizamnaməsinin beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verməyə razılaşıblar. Bunun müqabilində ABŞ Kiyevdən ərazi güzəştləri tələb edib. Bu barədə Polşanın baş naziri Donald Tusk məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 28 Dekabr 2025 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















