Finlandiya və Estoniya arasında daha üç sualtı kabel sıradan çıxıb
EstLink 2 DC kabelinin sıradan çıxmasından sonra xidmətin dayandırılması Finlandiya və Estoniya arasında Finlandiya körfəzində daha üç sualtı kabelə təsir etdi.
Estoniyanın ERR televiziya şirkəti bu barədə kabel sahibləri - şəbəkə şirkətləri "Elisa Eesti AS" və "CITIC Telecom CPC" -nin bəyanatına istinadən məlumat verib.
Qeyd olunur ki, "Elisa Group" -a məxsus iki kabel qırılıb, daha bir "CITIC Telecom" kabeli zədələnib. Hadisənin səbəbini hələlik müəyyən etmək mümkün deyil, lakin kabel şəbəkələrinin sahibləri onların yenidən işə salınması üçün fəal işləyirlər.
Mövsüm
Aznews.az
Baxış sayı:36
Mənbə:https://www.aznews.az