Icma.az
close
up
RU
Kartof cipsi dünyasında inqilab: “Pringles” necə yaranıb?

Kartof cipsi dünyasında inqilab: “Pringles” necə yaranıb?

Icma.az, News24 portalına istinadən məlumat verir.

1960-cı illərin ortalarında amerikalı mühəndislər qeyri-adi bir problemin həllinə çalışırdılar: kartof cipsləri çox asan qırılır, paketlərdə əzilirdi və qeyri-bərabər forma səbəbindən vahid bir standart yaratmaq mümkün olmurdu. Bunun həlli isə qeyri-adi bir yanaşma tələb edirdi. Nəticədə, 1968-ci ildə “Procter & Gamble” (P&G) şirkəti Pringles markasını təqdim edərək, kartof cipsi bazarında yeni bir dövrün əsasını qoydu. 

News24.az uşaqdan-böyüyə hər kəsin sevimlisi olan “Pringles”lə bağlı maraqlı məlumatları təqdim edir:

Bir kreativlik möcüzəsi: “Pringles”in sirri nədir?  

“Pringles” ənənəvi kartof cipslərindən fərqli olaraq, bütöv kartofdan deyil, kartof püresi və nişastanın xüsusi emalı nəticəsində hazırlanır. İlk dizaynı Fred Baur adlı bir mühəndisə məxsusdur. O, cipsləri xüsusi hiperboloid formaya salaraq üst-üstə düzülə bilən hala gətirdi. Bu forma həm qırılma riskini azaltdı, həm də məhsulun daha kompakt şəkildə qablaşdırılmasına imkan yaratdı.  

Lakin dad baxımından “Pringles”in ilk versiyası uğursuz oldu və layihə bir müddət dayandırıldı. Daha sonra Aleksandr Liepa adlı başqa bir alim işə qoşuldu və resepti təkmilləşdirdi. Bunun nəticəsində 1968-ci ildə “Pringles” rəsmi olaraq ABŞ bazarına çıxarıldı və qısa müddətdə məşhurlaşdı.  

“Pringles” adının sirri və brendin yüksəlişi 

“Pringles”in adı ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bəzi mənbələrə görə, bu ad Ohayo ştatında yerləşən Pringl Drayv küçəsindən ilhamlanaraq seçilib. Başqa bir iddiaya görə, sadəcə cəlbedici səsləndiyi üçün brendə bu ad verilib.  

Uzun illər “P&G”nin nəzarətində olan marka 2012-ci ildə “Kellogg’s” şirkəti tərəfindən satın alındı. Bu gün “Pringles” 140-dan çox ölkədə satılır və orijinal dadı, qeyri-adi forması və rahat qablaşdırması ilə dünyanın ən çox satılan cips markalarından biri olaraq qalır./yenisabah.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Fevral 2025 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri