Icma.az
close
up
RU
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq ŞƏRH

İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hikmət Hacıyevin İran proqramı Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir


Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Mehdi Sənayi və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr ediblər. Qeyd edib ki, Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb: "3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub. Ağbənd-Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olunub”. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək. Sözçü vurğulayıb ki, bu ikitərəfli səfərlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya son səfərindən sonra baş tutub: "Sözügedən səfər zamanı əlverişli görüşlər olub, iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olunub. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün mühüm başlanğıc olacaqdır". Diplomat eyni zamanda Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün mühüm olduğunu qeyd edib: "İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazırdır". 


Siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin İran proqramı Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir. Ekspertin sözlərinə görə, İranın Cənubi Qafqaz və Yaxın Şərqdəki təsirləri təsvir ediləndən də daha mürəkkəb çətinliklərlə üzləşib: 


"İranın artan çıxılmaz vəziyyətlərlə qarşı-qarşıya qalması, o cümlədən daxili hekayələrdəki mümkün qarşıdurma ssenariləri “keçid dövrü”nün deyil, daha uzunmüddətli bir prosesin əlamətləridir. İranla Rusiya Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalasa da, Moskva İrana mümkün strateji təhdidlərdə müştərək müdafiə öhdəlikləri götürməyib. Bu, regionda İranın nüfuzunun zəifləməsinin müşayiətində Tehran üçün gələcək ssenarilərdə problemləri gücləndirir. Ümumilikdə Suriyada baş verən son hadisələr Azərbaycanın srateji müttəfiqi Türkiyənin Cənubi Qafqazda dominant güc kimi formalaşması ilə nəticələnir. Həm Qərb, həm Rusiya ilə güclü əlaqələrə malik olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi önündə isə İranın effektiv müqavimət mexanizmləri yoxdur. Üstəlik, İslam Respublikası Donald Tramp administrasiyasının regional siyasətdəki sərt addımlarından çəkinir".


Analitikə görə, Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikrini səsləndirməsi Tehranın təhlükəsizlik arayışlarındakı Azərbaycan amilinin gücləndiyinin ifadəsidir:

"Azərbaycanla İranın təhlükəsizlik səmtindəki yaxınlaşmaları Tehranın regiondakı əvvəllər elan etdiyi “qırmızı xətləri” ilə əlaqədar məhdudiyyətlərlə nəticələnə bilər. Bu kontekst İranın Zəngəzur dəhlizi prosesindəki “maneələrinin” aradan qalxması ilə yekunlaşacaq. Tehran bu zamana qədər Azərbaycanın “Huseyniyyun dosyesi” üzrə tələb etdiyi şəxsləri Bakıya təhvil verməyib. Ehtimalla, Hikmət Hacıyevin səfəri həmin dosyenin Tehran səfində yeni qiymətləndirilməsinə yaşıl işıq yandıracaq. Bunun indi üçün məntiqi açıqlaması belədir. İran yuxarıda qeyd edilən boşluqlardan Azərbaycanla artan çevik əməkdaşlıqlar hesabına çıxmağa həvəslidir. Bu, İranda Azərbaycanla əlaqədar bütün müxalif qüvvələrin dövlət qatındakı əməkdaşlıq konsolodasiyası üçün münbit şərait olduğundan Tehram “Huseyniyyun dosyesi” ilə bağlı güzəştlərə hazırdır". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 06:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri