Icma.az
close
up
RU
Finlandiya yenə “ən xoşbəxt ölkə” seçildi Azərbaycan siyahıda neçəncidir? (SİYAHI)

Finlandiya yenə “ən xoşbəxt ölkə” seçildi Azərbaycan siyahıda neçəncidir? (SİYAHI)

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq səkkizinci ildir ki, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi seçilir.

“AzPolitika” xəbər verir ki, tanınmış “World Happiness Report”-un dərc etdiyi yeni hesabatda 147 ölkə yer alıb və onların arasında Finlandiya birincidir.

Dünya Xoşbəxtlik Hesabatı 147 ölkədə insanlar arasında aparılan qlobal sorğunun məlumatlarına əsaslanır. Ölkələr xoşbəxtlik səviyyəsinə görə əvvəlki üç ildəki orta həyat ballarına görə sıralanır – bu il hesabat 2022-2024-cü illəri əhatə edib.

Hesabatda adambaşına düşən ÜDM, sosial dəstək, sağlam ömür uzunluğu, azadlıq, demokratiya, korrupsiya səviyyəsi və s. nəzərə alınır. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Bir çox hesablama kriteriyaları mübahisəli görünən siyahıda Azərbaycan 4.87 balla 106-cı(!) yerdədir. Məsələn, dünyanın ən varlı və inkişaf etmiş ölkələrindən olan Yaponiya yalnız 55-ci yerə layiq görülüb.

İlk 20-likdəki ölkələr aşağıdakılardır:

Finlandiya – 7,736 bal;

Danimarka – 7,521 bal;

İslandiya – 7,515 bal;

İsveç – 7,345 bal;

Hollandiya – 7,306 bal;

Kosta Rika – 7,274 bal;

Norveç – 7,262 bal;

İsrail – 7,234 bal;

Lüksemburq – 7,122 bal;

Meksika – 6,979 bal;

Avstraliya – 6,974 bal;

Yeni Zelandiya – 6,952 bal;

İsveçrə – 6,935 bal;

Belçika – 6,910 bal;

İrlandiya – 6,889 bal;

Litva – 6,829 bal;

Avstriya – 6,810 bal;

Kanada – 6,803 bal;

Sloveniya – 6,792 bal;

Çexiya – 6,775 bal.

ABŞ ardıcıl ikinci dəfədir ki, ən xoşbəxt 20 ölkə sırasına daxil ola bilmir və 24-cü yerdədir.

Ən sonuncu yeri tutan ölkə Əfqanıstan olub (1,364 bal). Onu Sierra Leone (2,998 bal), Livan (3,188 bal), Malavi (3,260 bal) və Zimbabve (3,396 bal) izləyib.

Keçmiş SSRİ respublikalarından Qazaxıstan 43-cü, Özbəkistan 53-cü yerdədir. Rusiya 66-cıdır. Ermənistan 5.49 balla 87-ci, Gürcüstan 5.4 balla 91-ci yerdədir. Türkiyə 5.26 balla 94-cü, İran 5.09 balla 99-cu yerə layiq görülüb.

Keçmiş SSRİ ölkələrindən Azərbaycandan sonra ən pis göstərici 4.68 balla 111-ci yerdə gedən və müharibənin davam etdiyi Ukraynaya məxsusdur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Mart 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri