Finlandiyada Brejnevin qonaq olduğu ada satışa çıxarıldı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Finlandiyanın cənub-qərbində yerləşən Kekkonen adası 4,8 milyon avroya (9,1 milyon manatdan çox) satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Finlandiyanın “Talouselämä” nəşri məlumat yayıb.
Məlumata görə, ada, Finlandiyanın keçmiş prezidenti Urho Kekkonenin təşəbbüsü ilə onu əldə edən Finlandiyanın “Nesté” neft emalı şirkətinə məxsus olub.
Ada dövlət başçısının iş iqamətgahı kimi istifadə olunub. Daha sonra “Fortum” enerji şirkəti tərəfindən satın alınıb.
25 hektarlıq ada ölkənin cənub-qərbindəki Arxipelaq dənizində yerləşir. Burada villa və qonaq evləri kompleksi var.
Nəşrin məlumatına görə, Sov.İKP MK-nın keçmiş baş katibi Leonid Brejnev Finlandiyaya səfəri zamanı bu adada qonaq olub.
Baxış sayı:101
Bu xəbər 13 Oktyabr 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















