Finlandiyada yük gəmisi saxlanıldı Heyət üzvləri həbs edildi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Finlandiya polisi Tallinn və Helsinki arasında Elisa sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən "Fitburg" gəmisinin iki heyət üzvünü həbs edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, yük gəmisinin digər iki heyət üzvünün ölkədən çıxışına qadağa qoyulub.
"Gəminin göyərtəsində araşdırmalar aparılıb və heyətlə söhbətlər aparılıb. Hazırda vəziyyəti və heyətin rolunu qiymətləndiririk. Heyət əməkdaşlıq edir və bu da vəziyyətin həllinə kömək edir", - Milli Təhqiqat Bürosunun komissarı Risto Lohi bildirib.
Həmçinin bildirilir ki, ölkə hakimiyyəti kabelin zədələndiyi ərazidə yerində araşdırma aparıb.
"Sent-Vinsent və Qrenadin" bayrağı altında üzən gəminin heyəti 14 nəfərdən — Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarından ibarətdir. Mediada yayılan məlumatlara görə, Rusiyanın Finlandiyadakı səfirliyi heyət üzvlərinə kömək göstərir.
Lohinin sözlərinə görə, istintaq hadisənin qəsdən törədilib-törədilmədiyini araşdırır.
Dekabrın 31-də Finlandiya hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyadan İsrailə gedən "Fitburq" yük gəmisini saxlayıblar və 14 heyət üzvü saxlanılıb. Finlandiya Gömrük Xidmətinin məlumatına görə, gəmi sanksiya altında olmasa da, gəmidə sanksiyalı mallar aşkar edilib.
Daha əvvəl İsveç prokurorluğu Baltik dənizində İsveç və Latviya arasında kabelə dəyən ziyanın təsadüfən baş verdiyi qənaətinə gəlmişdi./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Yanvar 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















