Icma.az
close
up
RU
Fırçaya sığmayan 80 illik rəssam ömrü Ədalət Dadaşov

Fırçaya sığmayan 80 illik rəssam ömrü Ədalət Dadaşov

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəssam deyəndə adamın gözləri önündə yaşlı, saçları ağarmış, üzü yaşanan illərin hər birindən bir cizgi almış insan canlanır. Azərbaycan təsviri sənət tarixində öz uğurlu yaradıcılıq fəaliyyəti ilə seçilən qocaman rəssamlarımızdan biri də Ədalət Abdurrəhman oğlu Dadaşovdur.

O, gərgin yaradıcılıq və ömür yolu keçib. Fitri istedadı, zəhməti və sənəti ilə insanların hörmətini qazanan Ədalət Dadaşov əsl rəssam həyatı yaşayıb. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. O, yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri fırçaya alıb.

Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Ədalət Dadaşov 1945-ci ildə Neftçalada anadan olub. 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildə isə Moskva Dövlət Bərpa Muzey əşyaları fakültəsində təhsil alıb. Bir müddət orta məktəbdə rəsm müəllimi işləyib, daha sonra AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tərtibatçı-rəssam kimi fəaliyyət göstərib.

Ədalət Dadaşov istedadı ilə sərhədləri aşan, əsərləri ilə xaricdə ölkəmizi layiqincə təmsil etməyi bacaran sənətkarlardandır. Milli dəyərlərin, ədəbi irsin və qədim ənənələrin təbliği onun yaradıcılığının əsas xüsusiyyətləridir. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, onun sənət əsərlərində təbiət, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.

O, 1994-1995-ci illərdə Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetində rəssam kimi çalışıb. 1995-ci ildə görkəmli fırça ustasının həmin universitetdə 30 əsərdən ibarət fərdi sərgisi açılıb. Ədalət Dadaşovun qardaş türk torpağına olan sevgisini ifadə edən həmin əsərlər iştirakçıların diqqətindən yayınmayıb.

Sonralar həyatını Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhəri ilə bağlayan Ədalət Dadaşov buranı özünün ikinci vətəni hesab edib. O, ömrünün 30 ildən çoxunu Şimali Kipr Türk Cümhuriyyətinin Əntiq Əsərlər və Muzeylər Dairəsində baş rəssam kimi çalışıb. Girnə qalası, antik mədəniyyət ocaqları, tarixi abidələr, limanlar, gəmilər, mavi səma, qırmızı kirəmitli evlər onun yeni əsərlərinin bədii görüntülərinə çevrilib.

O, həmçinin baş rəssam olaraq Muzeylər Dairəsinin nəzdində olan 28 muzeydə bərpaçı-rəssam işləyib, bu mədəniyyət ocaqlarında bədii tərtibat işlərini reallaşdırıb və muzey quruculuğu sahəsindəki işlərə rəhbərlik edib. Bu muzeylərdə əksər tabloların altında Ədalət Dadaşov imzası vardır.

Sözsüz ki, Ədalət Dadaşovun əsərlərinə tamaşa edən hər bir kəsdə heyranlıq hissi yaranmamış olmaz. Bu isə, yalnız Yaradanın yaratdığına verdiyi nadir istedad sayəsində mümkündür. Görkəmli rəssamın özünəməxsus yaradıcılıq qabiliyyəti ilə yaratmış olduğu sənət nümunələri Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaqdır.

Əsl sənətin yaşı olmadığı kimi, əsl sənət adamları üçün də yaşın elə bir önəmi yoxdur. Onların yaşı yaratdıqları sənət əsərlərinin yaşı qədər həm qədimdir, həm də gənc. Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar Ədalət Dadaşova möhkəm cansağlığı və uzun ömür arzulayıram. Qoy onun yaradan əlləri daim var olsun!

Nərgiz QƏHRƏMANOVA

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri