Firəngiz Mütəllimova: Bakını tərk etmək fikrim yoxdur
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Xalq artisti Firəngiz Mütəllimova Bakını tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, başqa yerə köçmək planı yoxdur:
"Bakını tərk etmək kimi heç bir fikrim yoxdur. Bakıdayam, işim də, həyatım da buradadır”.
O, Şuşa ilə bağlı yayılan iddialara da münasibət bildirib və qeyd edib ki, ora yalnız səfər məqsədilə gedə bilər:
"Şuşaya ancaq gəzməyə gedə bilərəm”.
Qeyd edək ki, son günlər aktrisanın Şuşaya köçəcəyi və Bakını tərk edəcəyi barədə məlumatlar yayılmışdı. Lakin Firəngiz Mütəllimova bu iddiaları təkzib edərək hazırda paytaxtda yaşadığını və fəaliyyətini burada davam etdirdiyini bildirib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:Firəngiz Mütəllimova Azərbaycandan gedir
04 May 2026 00:08
Firəngiz Mütəllimova Laçından paylaşım etdi
04 İyun 2025 10:48
Firəngiz Mütəllimova Şuşadakı evini göstərdi FOTO
17 İyul 2025 10:35
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
29 Oktyabr 2026 00:17
Firəngiz Mütəllimova Ramiz Novruzun oğluna CAVAB VERDİ
23 İyun 2025 17:05
Baxış sayı:319
Bu xəbər 04 May 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















