Icma.az
close
up
RU
Fironlar ölkəsinə səyahət adlı tədbir keçirilib

Fironlar ölkəsinə səyahət adlı tədbir keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Uni Kids Club tədris mərkəzi ilə birgə "Fironlar ölkəsinə səyahət" adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağı Əbdül Həmid də iştirak edib.

Qeyd edilib ki, tarixən iki ölkə arasında sıx mədəni əlaqələr olub, bu tədbirin təşkili də Misir və Azərbaycanın dostluğunun bariz nümunəsidir. Ölkələrimiz oxşar dini, mədəni dəyərləri bölüşürlər.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, professor, Dr. Tarek Mohammad deyib ki, səfirin himayəsi altında keçirilən bu tədbir  Azərbaycanda Misirə və onun sivilizasiyasına olan hörməti göstərir

Daha sonra çıxış edən səfir bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdı: "Mənim təşəbbüsümlə mərkəzin işi bərpa olundu və çox fəal rəhbər təyin edildi, ona uğurlar arzu edirəm. Bu tədbirlərin davamlı olacağına əminəm.  Ola bilsin ki, bu mənim Azərbaycanda iştirak etdiyim sonuncu mədəni  tədbirdir. Çünki mayın 31-də diplomatik fəaliyyətimin bitməsi səbəbindən Azərbaycanı tərk edəcəm. Burda çalışmaq, ürəyə yaxın olan ölkədə işləmək çox xoş oldu. Ötən müddət ərzində əlaqələrimizdə xeyli irəliləyiş oldu, siyasi, mədəni və bir çox digər sahələrdə yüksək nailiyyətlər əldə edildi. Əminəm ki, biz bu mədəniyyət tədbirindən böyük zövq alacağıq".

Uni Kids Club tədris mərkəzinin rəhbəri Yeganə Kələntərlinin çıxışından sonra qədim Misirin tarixindən bəhs edən videoçarx təqdim olunub.

Daha sonra uşaqların ifasında "Fironlar ölkəsinə səyahət" proqramı nümayiş etdirilib. Uşaqların ifasında təqdim edilən bir-birindən maraqlı nömrələrlə, rəqslərlə tədbir iştirakçıları həqiqətən də bir anlığa Fironlar ölkəsinə səyahət edib, qədim Misirin ecazkar mədəniyyəti ilə tanış oldular.

Sonda səfir tədris mərkəzinin rəhbərliyini və uşaqları təşəkkürnamə və  sertifikatlarla təltif edib. İştirakçılar mərkəzdə açılan sərgi ilə də tanış olublar.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://525.az
archiveBu xəbər 09 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri