Icma.az
close
up
RU
Fironun sirrləri: II Ramzes necə öldü və 100 övladı niyə taxt uğrunda savaşmadı?

Fironun sirrləri: II Ramzes necə öldü və 100 övladı niyə taxt uğrunda savaşmadı?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

II Ramzes dərin qocalıq dövründə vəfat edib və arxasında yüzdən çox övlad qoymasına baxmayaraq, taxtı döyüşsüz şəkildə onun oğlu miras alıb. Bu isə qədim Misir üçün nadir hal sayılır.

Qaynarinfo "Live Science" jurnalına istinadən xəbər verir ki, qədim Misirin ən güclü hökmdarlarından olan II Ramzes eramızdan əvvəl təxminən 1213-cü ildə, təxminən 90 yaşında vəfat edib - bu yaş həmin dövr üçün olduqca uzun ömür sayılırdı. O, xüsusilə Kadeş döyüşü və genişmiqyaslı tikinti işləri ilə, o cümlədən Pi-Ramzes adlı yeni paytaxtın salınması və çox sayda öz heykəllərinin ucaldılması ilə tanınır. 

Ölümün səbəbləri - artrit, diş ağrısı və yaş

II Ramzesin mumiyası onun ömrünün sonlarında ağır artrit və diş xəstəliklərindən əziyyət çəkdiyini göstərir. Qahirə Universitetinin professoru Sahar Salemin sözlərinə görə, fironun onurğası əyilmiş vəziyyətdə olub və diş problemləri ona daimi ağrı və ya infeksiya yarada bilərdi. Bununla belə, ölümün dəqiq səbəbi müəyyən edilməyib.

Taxt uğrunda mübarizə olmayıb

100-dən çox övladı olmasına baxmayaraq, Ramzesin varisi onun 13-cü oğlu - Merneptah olmuşdu. Tarixçilərin bildirdiyinə görə, taxt uğrunda heç bir mübarizə baş verməyib.

"Onun 12 böyük oğlu Merneptahdan əvvəl ölmüşdü. Merneptah növbədə olan sonrakı şəxs idi", deyə misirşünas Syuzanna Tomas qeyd edib.

Merneptah taxta çıxanda artıq yaşlı olub — təxminən 60 yaşı var idi.

Onun ölümündən sonra ölkə daxilində sabitlik pozulmağa başlayıb. Merneptahın nəvəsi II Seti, yuxarı Misiri faktiki olaraq ələ keçirmiş uzurpator Amenmes ilə qarşıdurma yaşayıb.

"Fironun yüzlərlə nəslindən olan şəxslər hakimiyyətə yiyələnmək üçün cəhd göstərə bilərdi”, deyə misirşünas Henniq Fransmayer izah edir.

Bundan əlavə, ölkə "dəniz xalqları”nın hücumlarına məruz qalıb ki, bu da sülalədaxili çəkişmələrlə birlikdə Misir krallığının zəifləməsinə səbəb olub.

Fironun ölümündən sonra kultu

II Ramzes sağlığında diri tanrı hesab olunurdu, lakin ölümündən sonra onun kultu geniş yayılmayıb.

"Onun kultu zaman-zaman davam edib, lakin hətta 1000 il sonra belə ibadət nümunələrinə rast gəlinir”, deyə Mançester Muzeyindən Kempbell Prayz bildirib.

Sonrakı bir çox fironlar onun adlarını mənimsəmiş və xüsusilə Tanisdə onun məzarından qalan əşyaları relikviya kimi saxlayıblar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri