Icma.az
close
up
RU
Firuz Mustafa Səməd Vurğuna yaltaq deyən Əlisa Nicata CAVAB VERDİ

Firuz Mustafa Səməd Vurğuna yaltaq deyən Əlisa Nicata CAVAB VERDİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Modern.az-ın məlumatına görə, Əlisa Nicatın Lent.az-a müsahibəsində bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.
Yazıçı-dramaturq, filosof, Əməkdar incənət xadimi Firuz Mustafa Əli Nicatı Səməf Vurğun barədə aşağılayıcı fikirlə səsləndirdiyinə görə qınayıb:
“Dostum Əlisa Nicat müsahibədə deyir ki, SSRİ Elməlrə Akademiyasında 200 erməni akademik, 100 gürcü akademik olub, amma orada bir nəfər də azərbaycanlı olmayıb...

Bilmirəm bu "faktı" o, haradan götürüb. Gerçəklikdə isə həmin akademiyanın 300-dən bir qədər artıq üzvü olub. Belə çıxır ki, orada erməni və gürcüdən başqa digər xalqların nümayəndəsi olmayıb... Təbii ki, bu, uydurma bir söhbətdir. Bizdən iki nəfəri mən şəxsən tanıyırdım ki, oranın müxbir üzvü idi: Həsən Abdullayev və Midhət Abbasov. Elə erməni və gürcülər də təxminən bu qədər idi. Əlisa bəy, danışanda ehtiyatlı ol. Xalqımızı və elmimizi aşağılama”.


Firuz Mustafa Səməd Vurğunu müdafiə edərək deyib:
“Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qədər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək: xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?

Özünüz də görürsünüz ki, şair haqqında hərcayı danışanlar, ona daş atanlar, dil uzadanlar daim təpki və təhqirlə qarşılanır.... Hərçənd mən heç bir təhqirə bəraət vermirəm...

Hələ orasını da demirəm ki, böyük şair öz əsərlərindən başqa, ədəbiyyata iki parlaq istedad da bəxş edib: Vaqif və Yusif”.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri