Firuz Səxavət: Arif Babayev muğamımızın ağsaqqalı idi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Arif Babayev muğamımızın ağsaqqalı idi".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist, xanəndə Firuz Səxavət deyib.
O qeyd edib ki, Azərbaycan milli mədəniyyəti, milli musiqisində bu gün böyük itki baş verib:
"Arif müəllim klassik muğamımızın ən bariz nümunəsi idi. Onun ölümü hamımızı sarsıtdı. Azərbaycan xalqı, milli musiqisi nə qədər ki var, Arif müəllimin səsi xalqın qəlbində yaşayacaq. O buna layiq sənətkardır".
Firuz Səxavət Arif Babayev ilə hər zaman məsləhətlər etdiyini qeyd edib.
"O bizim ağsaqqalımız idi, hər zaman onunla məsləhətləşirdik.
O, birinci dəfə xəstəxanaya düşəndə ortaq tanışımız Vüqar mənə deyirdi ki, Arif müəllim səni soruşur.
Rayondan Bakıya gəldim, klinikaya yanına getdim. Onunla danışdıq zarafatlaşdıq, dedi ki, sabah çıxıram gedək Qaxa. Səhəri getdi rayona iki gün orada qaldı ondan sonra halı yenə pisləşdi. Allahın qismətinə bax ki, mən onunla ölmədən öncə görüşdüm, halallaşdım. Allah ona rəhmət etsin".
Onun sözlərinə görə, Arif Babayev onunla yalnız müəllim tələbə münasibətində olmayıb:
"O həm bizimlə ağsaqqal, həm də yoldaş kimi münasibətdə olub. Çöldə yoldaş, dərsdən müəllim tələbə olmuşuq".
Aygün Mirakif
Baxış sayı:62
Bu xəbər 01 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















