Firuzə İbadova ilk dəfə xəstəliyindən danışdı KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Firuzə İbadova uzun müddətdən sonra ilk dəfə səhhətindəki problemlər barədə danışıb.
KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, sənətçi “Şadlıq olsun” verilişinə onlayn qoşularaq xəstəliyi ilə bağlı açıqlama verib.
O, bədənində beş şiş aşkarlandığını və analizlərin cavabını gözlədiyi müddətdə böyük qorxu keçirdiyini bildirib:
“Bədənimdə şişlər var idi. Həkimlər onları histoloji müayinəyə göndərdilər. Nəticələr gələnə qədər hər gün ağlayırdım. Çünki çox qorxurdum, üstəlik, müayinəyə getməyi çox gecikdirmişdim. Şişlər böyümüşdü. Beş şiş var idi, biri mədəmin düz altında, üçü isə göbək ətrafımda idi. Bu, məndə çox böyük fəsadlara səbəb olmağa başlamışdı. Ayaqlarım tutulurdu, qıcolmalar olurdu. Həkimlər məni çox ağır bir prosesdən xilas etdilər. İndi bir az da qalıb. Həkimlər çox yaxşı bilirlər ki, şişlər çıxarılanda onların altında ölü toxumalar olur”.
Xatırladaq ki, Firuzə İbadova təxminən ay yarım əvvəl vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
Baxış sayı:41
Bu xəbər 23 Oktyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















