Firuzə İbadovanın səhhəti pisləşdi: 2 aydır...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi narahatlıq yaranıb.
Kult.az xəbər verir ki, müğənninin vəziyyəti ilə bağlı həmkarı İzzət Bağırov məlumat yayıb.
İzzət Bağırov bildirib ki, sənətçi son iki aydır yataq şəraitində müalicə alır və bu müddət ərzində iki ağır əməliyyat keçirib. Onun sözlərinə görə, həkimlər Firuzə İbadovanın daha bir əməliyyata ehtiyacının olduğunu deyiblər.
Müğənni sənət dostlarını həmkarlarına dəstək olmağa çağırıb. O, Firuzə İbadovanın səhhəti yaxşı olduğu vaxtlarda onunla görüşən insanların indi də sənətkarı ziyarət etməsini arzuladığını bildirib.
İzzət Bağırov qeyd edib ki, Firuzə İbadovanın qızı Hülya anasının qayğısına qalır və gün ərzində onun yanında olur. Müğənni sənətçinin hər zaman mehriban insan olduğunu vurğulayaraq, belə vaxtlarda onun yanında olmağın hər kəsin borcu olduğunu söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















