Icma.az
close
up
RU
Fitch : Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər

Fitch : Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın işə salınması zamanı böyük ehtimalla ikisəviyyəli model seçəcək.

Иunu "Fitch" beynəlxalq reytinq agentliyinin maliyyə institutları - banklar üzrə kiçik direktoru Maksim Malyutin bildirib.

"Bu sxem çərçivəsində mərkəzi bankın rəqəmsal valyutasının (CBDC) emissiyası tənzimləyicidə qalacaq, paylama funksiyaları və son istifadəçilərə birbaşa xidmət isə kommersiya banklarına veriləcək", - M.Malyutin deyib.

Ekspert qeyd edib ki, bank müəssisələri AMB-nin platformasına qoşulmaq, eləcə də yenilənmiş komplayens tələblərini yerinə yetirmək və hesablaşmalar aparmaq üçün, böyük ehtimalla, informasiya texnologiyalarının inteqrasiyasına, kibertəhlükəsizliyin gücləndirilməsinə və əməliyyat proseslərinin uyğunlaşdırılmasına vəsait yatırmalı olacaqlar.

"Müştərilərin öz vəsaitlərinin bir hissəsini bank hesablarından CBDC-yə köçürməyə başlayacağı təqdirdə depozit bazasının əvəzlənməsi bank sektoru üçün əsas təhlükə ola bilər. Bu, kredit təşkilatlarının dayanıqlı maliyyələşməsini və likvidlik ehtiyatlarını zəiflədə, eləcə də onların daha bahalı maliyyələşmə mənbələrindən asılılığını gücləndirə bilər", - M.Malyutin bildirilib.

Analitikin sözlərinə görə, bu riskin dərəcəsi əhəmiyyətli dərəcədə CBDC-nin arxitekturası ilə müəyyən edilir: qalıqlar üzrə mükafatların hesablanmasının nəzərdə tutulub-tutulmayacağı, sahib olma və konvertasiya həcmlərinə hansı məhdudiyyətlərin qoyulacağı, habelə xüsusilə maliyyə qeyri-sabitliyi dövrlərində bank depozitləri ilə rəqəmsal valyuta arasında köçürmələr həyata keçirilməsinin nə dərəcədə asan olacağı.

"Risklərlə yanaşı, CBDC nağd pulun işlənməsi xərclərini azaldaraq və yeni rəqəmsal məhsulların yaradılması üçün imkanlar açaraq ödəniş əməliyyatlarının səmərəliliyini artıra, hesablaşmaları sürətləndirə, tranzaksiyaların daha böyük şəffaflığını təmin edə bilər. Bununla belə, banklar üçün müsbət təsir, böyük ehtimalla, mərhələli şəkildə artacaq və ilkin kapital qoyuluşları hesabına qismən neytrallaşacaq", - "Fitch"in kiçik direktoru əlavə edib. (Report)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri