Fitch : Bu ilin sonunda Azərbaycanın beynəlxalq ehtiyatları 13 milyard dolları ötəcək
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın beynəlxalq ehtiyatları 2025-ci ilin sonunda 13,1 milyard ABŞ dollarına çatacaq.
"Report” "Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkənin ehtiyatları, o cümlədən qızıl ehtiyatları 12,7 milyard ABŞ dolları təşkil edib.
"Fitch”in proqnozlarına görə, 2026-cı ildə bu göstərici 13,3 milyard ABŞ dollarına qədər artacaq.
2025-ci il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb. Agentliyin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonunda strateji valyuta ehtiyatları 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ÜDM-in 98,4 %-nə bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 İyun 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















