Icma.az
close
up
RU
Fitch neftin qiyməti ilə bağlı proqnozunu azaldıb

Fitch neftin qiyməti ilə bağlı proqnozunu azaldıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün neft qiyməti ilə bağlı baza proqnozunu bir barel üçün 70 dollardan 65 dollara endirib.

“APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Lakin qeyd edib ki, orta müddətli və dövri qiymət proqnozlarını dəyişməyib.
“Fitch” həmçinin, 2025-ci ildə qlobal neft tələbinin gündəlik təxminən 1 milyon bareldən 800 min barelə enəcəyini proqnozlaşdırıb.

Qeyd edilib ki, hasilatın sürətlə artması səbəbindən 2025-ci ildə bazarın təklifi tələbi üstələyəcək.

“OPEC+ iyul ayı üçün hasilatı 411 min barel artıracağını açıqlayıb – bu, ardıcıl üçüncü aydır ki, artırıma gedilir. Bu dəyişiklik qiymətlərə təzyiq göstərir və OPEC+ın əvvəlki qiymət dəstək strategiyasından uzaqlaşdığını göstərir. Təşkilat bu qərarı əsasən öhdəliklərə əməl etməyən üzvləri cəzalandırmaq məqsədilə versə də, bazar payını qorumaq istəyi də önəmli rol oynayır. May ayında OPEC+ ehtiyat hasilat gücü 5.7 milyon barel səviyyəsində olub”- agentlik qeyd edib.

“Fitch” vurğulayıb ki, ABŞ, Braziliya, Kanada, Qayana və Argentina 2025-ci ildə birlikdə gündəlik 1 milyon barel əlavə hasilatla bazara töhfə verəcəklər. Dallas Federal Rezerv Bankının 2025-ci ilin martında dərc etdiyi sorğuya əsasən, ABŞ-da şist neftinin rentabelli hasilatı üçün orta qiymət barelə görə 61 ABŞ dollarıdır, bu da daha ucuz neft şəraitində hasilat tempinin zəifləyə biləcəyini göstərir. Buna baxmayaraq, əvvəlcədən yatırılmış sərmayələr səbəbilə OPEC+ xarici hasilatın artımı əhəmiyyətli olaraq qalacaq.

“Geosiyasi faktorlar isə neft qiymətləri üçün hələ də əsas təsiredici rol oynayır. Rusiyaya, İrana və ya Venesuelaya qarşı əlavə sanksiyalar neft qiymətlərini artıra bilər. Eyni zamanda, İsrail və İran arasında qarşıdurmanın kəskinləşməsi də qiymət artımına səbəb ola bilər”- Fitch əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri