Icma.az
close
up
RU
Fitch Nissan ın reytinqini zibil səviyyəsinə endirdi

Fitch Nissan ın reytinqini zibil səviyyəsinə endirdi

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif - Eldar Kərimov - Banco.az

Beynəlxalq "Fitch Ratings" agentliyi Yapon avtomobil istehsalçısı "Nissan Motor Co."nun uzunmüddətli emitent defolt reytinqini (RDE) "BBB-" səviyyəsindən "BB+"-a endirib və "mənfi" proqnoz qoyub.

İndi şirkətin reytinqi investisiya səviyyəsindən kənar, yəni "zibil" kateqoriyasında yerləşir.

"Bu endirim şirkətin davamlı olaraq aşağı gəlirliliyini əks etdirir ki, bu da bizim gözləntilərimizdən daha yavaş bərpa olunur," - deyə agentliyin mətbuat relizində qeyd olunub.

"Fitch"in ekspertləri proqnozlaşdırır ki, avtomobil bölməsində EBIT göstəriciləri və sərbəst pul axını 2026-cı ilin martında başa çatan maliyyə ilinin sonuna qədər mənfi olaraq qalacaq. Eyni zamanda, şirkətin güclü likvidliyi və balans hesabatları qısamüddətli perspektivdə kapital axınından qorunma təmin edir.

"Mənfi" proqnoz "Nissan"ın restrukturizasiya planının həyata keçirilməsi ilə bağlı qeyri-müəyyənliyi əks etdirir.

"Biz plan çərçivəsində xərclərin ağlabatan şəkildə azaldılmasını gözləyirik, lakin gəlirlər və xərclər, ehtimal ki, ABŞ-ın gömrük rüsumlarından, ABŞ və Cənub-Şərqi Asiyada avtomobil satışlarının zəifliyindən təsirlənəcək," - deyə mətbuat relizində vurğulanıb.

"Fitch"in analitikləri, əgər bu planın icrasında irəliləyiş olmasa, şirkətə qarşı mənfi reytinq tədbirlərinin görülə biləcəyini ehtimal edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Fevral 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri