Fitness və sağlamlıq: Məşqlərə düzgün başlamağın yolları
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fitness-məşqçi Mariya Knyazeva bayramdan sonra idman zalına qayıtmaq istəyənlər üçün tövsiyələrini bölüşüb.
Redaktor.az xəbər verir ki, mütəxəssis sözlərini "Gorsayt" nəşri sitat gətirib.
Knyazeva bildirib ki, məşqlərə başlamazdan əvvəl bədənin siqnallarına qulaq asmaq vacibdir.
"Yüngül və ya qısa məşqlərlə başlayın, işlədiyiniz çəkiləri 20-30 faiz azaltmaq məsləhətdir. İlk iki həftə üçün optimal məşq tezliyi həftədə 2-3 dəfədir", - deyə məşqçi əlavə edib.
O, həmçinin vurğulayıb ki, rekorda can atmaq lazım deyil, yuxu rejiminə riayət edilməli və balanslı qidalanma təmin olunmalıdır.
"Diqqəti məşqin intensivliyinə yox, düzgün texnika və özünüzü necə hiss etdiyinizə yönəldin. Sistemli yanaşma artıq bir-iki həftədən sonra sizi formaya qaytaracaq", - Knyazeva qeyd edib.
Aytəkin TOFİQQIZI
Baxış sayı:88
Bu xəbər 08 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















