Fitso Rusiyaya qarşı sanksiyaları dəstəkləməsi üçün tələblərini açıqladı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqının (Aİ) oktyabrın 23-nə nəzərdə tutulan sammitinin yekunlarına ölkəsinin tələbləri daxil edilərsə, o, Rusiyaya qarşı yeni sanksiyalara dəstək verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı yerli "Denník N" nəşri yayıb.
"Göründüyü kimi, sammitin yekunlarına Slovakiyanın tələbləri daxil edilərsə, Rusiyaya qarşı sanksiyaları Fitso dəstəkləyəcək", - deyə nəşr yazıb.
Halbuki baş nazir daha əvvəl bildirmişdi ki, əgər Avropa Komissiyası qitədə elektrik enerjisinin qiymətləri ilə bağlı vəziyyətin həlli yollarını göstərməsə, Slovakiya Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyəcək.
Fitso vurğulayıb ki, Aİ-nin reaksiya vermək və həll yolları tapmaq bacarığı Slovakiyanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə birbaşa təsir edəcək. Slovakiyanın baş naziri Aİ-ni Ukrayna münaqişəsi ilə bağlı sülhməramlı səylərdə də daha fəal iştirak etməyə çağırıb.
Baxış sayı:43
Bu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















