Fitso: Veto hüququnun ləğvi Aİ nin sonunun başlanğıcı ola bilər
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Avropa İttifaqında üzv ölkələrin veto hüququnun ləğvi birliyin dağılmasının başlanğıcı ola bilər.
APA xəbər verir ki, Fitso bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşündə danışıb.
“Slovakiya üçün bu prinsipial məsələdir. Əsas mövzularda veto hüququnun ləğvi Avropa İttifaqının sonunun başlanğıcı olar”, – deyə Baş nazir bildirib.
Hökümət başçısı qeyd edib ki, Slovakiya yeni ölkələrin Aİ-yə qəbulunu dəstəkləyir, lakin namizəd dövlətlər bütün tələbləri yerinə yetirməlidirlər.
O, eyni zamanda Brüsselin Serbiyaya münasibətdə ədalətsiz yanaşdığını düşündüyünü də vurğulayıb.
Bu mövzuda digər xəbərlər:“Politico”: Aİ də veto hüququnun ləğvini dəstəkləyənlərin sayı artır
07 Aprel 2026 12:08
Fitso Kiyevi təhdid etdi: Veto qoyacağam...
12 Yanvar 2025 17:03
Paşinyan: Avrasiya İttifaqının sonunun başlanğıcı ola bilər
30 İyul 2026 10:58
Fitso Aİ nin əsas problemini açıqladı
17 Aprel 2026 07:55
Yermakın işdən çıxarılmaması, Zelenskinin sonunun başlanğıcı ola bilər Media
22 Noyabr 2025 09:02
Baxış sayı:334
Bu xəbər 13 May 2026 06:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















