Fitsroy çayı Yay Olimpiya Oyunları üçün yararsızdı
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Beynəlxalq Avarçəkmə Federasiyası Avstraliyanın Kvinslend ştatında içərisində timsahlar olan Fitsroy çayını 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün yararsız hesab edib.
"Football-plus.az" xəbər verir ki, Fitsroy çayı daha əvvəl ştat hökuməti tərəfindən Yay Olimpiya və Paralimpiya Oyunları zamanı avarçəkmə yarışlarına evsahibliyi etmək üçün təklif olunub.
Lakin federasiya həmin ərazidə təhlükəsizliyin yetərli olmadığı qənaətinə gəlib. Halbuki Fitsroy çayı son illərdə Avstraliyanın avarçəkmə üzrə olimpiya komandasının məşq məkanı olub. Burada müntəzəm universitetlərarası yarışlar keçirilib.
Xatırladaq ki, 2032-ci ildəki Yay Olimpiya Oyunları Brisben şəhəri və ətraf Cənub-Şərqi Kvinslend bölgəsində keçiriləcək.
Brisben Oyunlara evsahibliyi edəcək üçüncü Avstraliya şəhəri olacaq. Əvvəllər analoji turnir Melburn (1956) və Sidneydə (2000) təşkil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















