Fizika üzrə Nobel mükafatına ABŞ dan olan alimlər layiq görülüblər
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveç Kral Elmlər Akademiyası 2025-ci il Fizika üzrə Nobel Mükafatının qaliblərini elan edib. Mükafat kvant mexanikasında görkəmli tədqiqatlarına görə Con Klark, Mişel H. Devore və Con M. Martinisə verilib. Bu barədə qurum X sosial media platformasında məlumat yayıb.
Alimlər təbiətin əsas qanunlarını və fövqəlkeçirici sistemlərin xassələrini daha dərindən dərk etməyə imkan verən elektrik dövrələrində makroskopik kvant-mexaniki tunelləşdirmə və enerji kvantlaşdırılmasını kəşf etdiklərinə görə tanınıblar.
1901-ci ildən bəri fizika üzrə Nobel mükafatı 118 dəfə, yalnız beşi qadın olmaqla 226 alimə verilib. Mükafat 11 milyon İsveç kronu (təxminən 900 000 avro) dəyərindədir.
Sabah kimya üzrə Nobel mükafatı laureatı elan olunacaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 07 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















