Fiziki şəxslərin əmanətlərinin böyük qismi müddətli əmanətlərdir
Banco.az saytına istinadən Icma.az xəbər verir.
2024-cü ilin sentyabr ayında maliyyə sektoru çıxılmaqla bankların depozit portfeli ötən ilin sonu ilə müqayisədə 3% artaraq 35.6 mlrd. manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, müddətli depozitlər 15.6% artaraq 13.8 mlrd. manat, tələb olunanadək depozitlərin həcmi isə 3.6% azalaraq 21.8 mlrd. manat təşkil edib.
Məlumata görə, 9 ay ərzində hüquqi şəxslərin cəmi depozitləri 0.8% azalaraq dövrün sonuna 21.5 mlrd. manat təşkil edib. Hüquqi şəxslərin depozitlərində tələb olunanadək depozitlərin payı dövrün sonunda ilin əvvəli ilə müqayisədə 2.5 faiz bəndi azalaraq 74.1% olub.
Hesabat dövründə fiziki şəxslərin cəmi əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzərə alınmaqla) 9.4% artmaqla sentyabrın sonuna 14.2 mlrd. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin böyük seqmenti müddətli əmanətlər olub. Müddətli əmanətlərdə ən böyük payı (49.2%) müddəti 1 ildən 5 ilə qədər olan əmanətlər təşkil edib.
Ən sərfəli kredit üçün müraciət etBizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 03 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















